“Xəzər TV”nin nə qədər pul qazandığı açıqlandı


Ölkənin aparıcı televiziya kanallarından biri olan “Xəzər TV” ötən il 15 min 981 manat 88 qəpik xalis mənfəət əldə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Xəzər TV”nin maliyyə hesabatında yer alıb.
Bildirilir ki, “Xəzər TV” əvvəlki illəri zərərlə başa vursa da, ötən il mənfəət əldə edib. Belə ki, “Xəzər TV” 2021-ci ili 28 min 563,57 manat, 2022-ci ili isə 184 min 705,81 manat xalis zərərlə başa vurub.
Məlumat üçün bildirək ki, “Xəzər TV” MMC (VÖEN -1501065741) 3 avqust 2007-ci ildə dövlət qeydiyyatına alınıb. 2 milyon 120 min manat nizamnamə kapitalı olan “Xəzər TV”nin qanuni təmsilçisi Dadaşov Murad Əli oğludur.

DİGƏR XƏBƏRLƏR

Top