ABŞ-nin ölkəmizdəki səfirliyinin sifarişi əsasında Şamaxı şəhərində Yuxarı Xınıslı kəndində kotteclərin tikilməsi, təmiri və abadlıq işləri həyata keçirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat tikinti işlərini həyata keçirən “Kənan İnşaat və Ticarət” MMC-dən (VÖEN – 9900070881) verilib.
Şirkətin açıqladığı məlumatda qeyd olunur ki, ABŞ səfirliyi ilə müqavilə 3 fevral 2023-cü il tarixində imzalanıb və tikinti-təmir işləri hazırda davam etməkdədir.
Kotteclərin hansı məqsədlə tikilməsinə aydınlıq gətirmək üçün ABŞ-nin ölkəmizdəki səfirliyinə sorğu ünvanlanıb. Lakin hələ ki, suallarımıza cavab verilməyib.
Elnur Əli