İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatdı

iranda prezidentliyə namizədlərin sayı 9-a çatdı
İran prezidenti postuna namizədlərin qeydiyyatı proseduru başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının rəhbəri Məhəmməd Tağı Şahçeraqi məlumat yayıb.
Bildirilir ki, beş gün ərzində 80 nəfər seçkilərdə səs vermək üçün rəsmi qeydiyyatdan keçib:
“Beş gündə 80 nəfər prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib, ümumilikdə 278 nəfər namizədliyini irəli sürməyə cəhd edib, ancaq tələblərə cavab verən 80 nəfərin sənədləri qəbul edilib”.
Şahçeraqi qeyd edib ki, 80 nəfərin hamısı seçkilərdə namizəd olmayacaq, çünki daha 7 gün ərzində namizədin prezidentliyə uyğun olub-olmadığını müəyyən etmək üçün onların işinə Konstitusiyanın Keşikçilər Şurası baxacaq. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq. Növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top