Fələstin Beynəlxalq Ədalət məhkəməsinə müraciət etdi

bəm israilin rəfahdakı hücumunu dayandırması barədə qərar qəbul etdi
Fələstin Beynəlxalq Ədalət Məhkəməsindən Cənubi Afrikanın soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması konvensiyasının mümkün pozulması ilə bağlı İsrailə qarşı iddiasına qoşulmasını istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında deyilir.
Təqdim olunan sənədlərdə Fələstinin işin qərarından təsirlənə biləcək qanuni maraqları olduğu qeyd edilib.
Bundan əvvəl məhkəmə Fələstinin soyqırım konvensiyasına uyğun olaraq Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasını qəbul etdiyini bildirib.
Qeyd edək ki, Cənubi Afrika və bir sıra digər ölkələrin fələstinlilərin soyqırımı ittihamları ilə bağlı qaldırdığı iddiada İsrailə qarşı təxirəsalınmaz müvəqqəti tədbirlərdən gedir. Yanvarda məhkəmə İsraildən fələstinlilərin soyqırımının qarşısını almaq üçün tədbirlər görməyi, soyqırım çağırışlarına yol verməməyi, Qəzzada törədilən mümkün cinayətlərin sübutlarını məhv etməməyi, həmçinin Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılmasına kömək etməyi tələb edib. 

DİGƏR XƏBƏRLƏR

Top