“Real Madrid” Mbappeni transfer etdiyini açıqladı


Fransa millisinin hücumçusu Kilian Mbappe “Real”a keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı fransızla 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, hücumçunun PSJ ilə müqaviləsi iyunun 30-da başa çatacaq.
Xatırladaq ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. O, komandanın heyətində 308 oyun keçirib, 256 qol vurub və 108 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top