İnquşetiya rəhbəri qardaşının həbsi barədə – “Qanun qanundur”


İnquşetiya rəhbəri Mahmud-Əli Kalimatov cinayət işi çərçivəsində onun böyük qardaşı, “Poçta Rossii” regional şöbəsinin keçmiş rəisi Maqomed-Bəşir Kalimatovun saxlanıldığını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kalimatov teleqram kanalında videomüraciətində bildirib.
“Doğrudan da qardaşım saxlanılıb. İstintaq çərçivəsində istintaq-əməliyyat yoxlaması aparılır, onun nəticələrinə əsasən məhkəmə qərarı çıxarılacaq. Bir qardaş kimi bu hadisə məni çox kədərləndirir, amma qanun qanundur. İstərdim ki, hamı bunu başa düşsün - mən işdə də, həyatımda da bu prinsipə əməl edirəm. Yəni aydın anlayış olmalıdır ki, qanun hamı üçün eynidir”, - Kalimatov bildirib.
Eyni zamanda, 2019-cu ildən İnquşetiyaya rəhbərlik edən Kalimatov əlavə edib ki, bir gün əvvəl Vladimir Putinlə görüşərək respublika üçün vacib olan bütün məsələləri müzakirə edib.

DİGƏR XƏBƏRLƏR

Top