“İranın hərbi müşaviri İsrailin zərbəsi nəticəsində öldü” – KİV


İranın Suriyadakı hərbi müşaviri iyunun 3-nə keçən gecə İsrail hərbi hava qüvvələrinin Hələb şəhərinə endirdiyi zərbə nəticəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.
Bildirilir ki, mərhumun adı Səid Abiyardır. O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) Ərəb Respublikasında hərbi məsləhətçi qismində olan hərbçilərindən biri olub.
“Al Hadath” telekanalının məlumatına görə, iyunun 3-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Hələb yaxınlığındakı mövqelərə hücum edərək hökumət qüvvələrinin və şiə birləşmələrinin azı 17 döyüşçüsünü öldürüb.

DİGƏR XƏBƏRLƏR

Top