“Məhəmməd Möhbər namizəd olmayacaq” – “Tasnim”

seçkilərə kimi rəisini o əvəzləyəcək
“İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər seçkilərdə namizəd olmaq niyyətində deyil”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin mənbəsinin sözlərinə görə, tərəfdarlarının prezident seçkilərində iştirakla bağlı çağırışlarına baxmayaraq, Möhbər namizədliyini irəli sürməməyə üstünlük verib. Agentlik qərarın səbəblərini açıqlamayıb.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və heyətini – xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşimi Təbrizə aparan helikopter qəzaya uğrayıb. İran mediası və rəsmiləri qəzadan sağ çıxanın olmadığını bildirib. İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilər keçirilənə qədər İslam Respublikasının prezidenti vəzifəsini icra edir.

DİGƏR XƏBƏRLƏR

Top