Mərkəzi Bankın valyuta ehtiyatları yenidən artmağa başlayıb


Bu ilin may ayında Mərkəzi Bankın valyuta ehtiyatları 52,9 milyon dollar və ya 0,5% artaraq 11 milyard 713,7 milyon dollara yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, ötən bir il ərzində valyuta ehtiyatları 2 milyard 538 milyon dollar və ya 27,7% artıb.
Qeyd edək ki, 2023-cü ilin may ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 9 milyard 175,7 milyon dollar həddində olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top