“Çelsi” yeni baş məşqçisini rəsmən açıqladı – Yenilənib


İngiltərənin “Çelsi” futbol klubu italiyalı Enzo Mareskunu komandaya baş məşqçi təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mütəxəssislə müqavilə 5 illikdir.

***17:44
İngiltərə Premyer Liqasında Londonun “Çelsi” klubu bu gün komandanın yeni baş məşqçisini açıqlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, bu, “Lester Siti”nin rəhbəri Enzo Mareska olacaq.
Mənbənin məlumatına görə, italiyalı mütəxəssis 2029-cu ilə qədər müqavilə imzalayıb və müqavilə daha 12 ay da uzadıla bilər. “Lester Siti” isə 10 milyon avro məbləğində təzminat alacaq.
Qeyd edək ki, “Çelsi” mayın 21-də Maurisio Poçettino ilə yollarını ayırdığını bildirmiş və müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyini açıqlamışdı.
Xatırladaq ki, Mareskanın rəhbərliyi altında “Lester Siti” 97 xal toplayıb və Çempionşipdə birinci yeri tutub. Beləliklə, aşağı liqaya düşəndən bir il sonra klub İngiltərə Premyer Liqasına qayıdıb. “Çelsi” isə Poçettinonun rəhbərliyi ilə Premyer Liqanın son mövsümündə 63 xal toplayıb və altıncı yerlə kifayətlənib.

DİGƏR XƏBƏRLƏR

Top