Qazaxıstan “Taliban”ı terror təşkilatları siyahısından çıxardı


Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə “Taliban”ı terror təşkilatları siyahısından çıxarıb.
Yeniavaz.com
Prezidentin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin parlament spikerləri ilə görüşündə bildirib.
“Qazaxıstan müasir Əfqanıstanla iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək, “Taliban”ı terrorçular siyahısından çıxarıb”, - Tokayev qeyd edib.
Tokayevin sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.
Qazaxıstan lideri həmçinin, bu məsələdə KTMT ölkələrinin razılaşdırılmış mövqeyinin vacibliyini də ifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top