“WhatsApp”dan daha bir funksiya


“WhatsApp” səsli zənglər prosesini dəyişməyi planlaşdırır: indi tətbiqin “Android” versiyasında zəng daxil olduqda abunəçinin şəkli bütün ekranda görünəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb. Məlumata görə, zəng edən şəxsin tam ekran profil fotoşəkli ilə yanaşı, aşağıddakı yeniliklər də olacaq:
- yuxarıdakı nişanlar sizə zəng pəncərəsini minimuma endirməyə və ya kontakt siyahınızdan iştirakçıları cari səsli söhbətə əlavə etməyə imkan verəcək.
- aşağı paneldə artıq əlavə seçim elementi olacaq.
Hazırda bu yeniliklər yalnız beta testerlər üçün əlçatandır. Onlardan istifadə etmək üçün messencerin tətbiqini “Google Play”dən 2.24.12.14 versiyası ilə yükləməlisiniz.
Yeniliyin yaxın günlərdə bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir. Hələlik, dəyişikliklər yalnız “WhatsApp”ın “Android” versiyasını əhatə edədək.
Digər tərəfdən, “WhatsApp” da tezliklə süni intellektdən istifadə edərək, profil şəkilləri yaratmaq, oxunmamış mesaj sayğacını sıfırlamaq və qrup söhbətlərini maraqlı gözlərdən gizlətmək imkanına sahib olacaq.
Üstəlik, “Android” və iOS üçün tətbiqin dizaynı bu yaxınlarda köklü şəkildə dəyişdi.

DİGƏR XƏBƏRLƏR

Top