Kluni rusiyalı jurnalistlərin həbsi ilə bağlı iddianı təkzib etdi


“Ədalət üçün Kluni Fondu”nun həmtəsisçisi, Hollivud aktyoru Corc Kluni fondun əməkdaşlarından birinin bəyanatlarını təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, Kluni bu barədə fondun “X” sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, fondun əməkdaşı fikrini səhv ifadə edib. Aktyor vurğulayıb ki, onun fondu Avropa İttifaqı (Aİ) və Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) xaricdə rusiyalı jurnalistlərin həbsini tələb etmək niyyətində deyil.
“Rusiya jurnalistləri ilə bağlı son xəbərlərə gəlincə, fondumuzdan kimsə fikrini səhv ifadə edib. Mən özüm də jurnalist oğluyam. Biz fondda heç vaxt jurnalistlərə qarşı çıxmırıq, hətta onlarla razılaşmasaq belə. Əslində, bizim jurnalistlərin müdafiəsi ilə bağlı uzun tariximiz var”, - deyə, aktyor bildirib.
Qeyd edək ki, budan əvvəl fondun “Docket” layihəsinin hüquqi işlər üzrə direktoru Anna Neystat bildirmişdi ki, təşkilat Avropada rusiyalı jurnalistlərin qapalı həbsinə orderlərin verilməsini istəyir.
Xatırladaq ki, “Ədalət üçün Kluni Fondu”nun həmtəsisçiləri aktyor Corc Kluni və həyat yoldaşı Amal Klunidir.

DİGƏR XƏBƏRLƏR

Top