Azərbaycanda şiş xəstəliyinin ən çox və ən az qeydə alındığı rayonlar – Siyahı


Azərbaycanda il ərzində 18 min 462 nəfərdə şiş xəstəlikləri (yenitörəmə) aşkar edilib.
Yeniavaz.com
 açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, onlardan 6 min 409 nəfəri Bakı şəhərində qeydə alınb.
Digər şəhər və rayonlar arasında isə ən çox şiş xəstəliyi Sumqayıtda qeydə alınıb. İl ərzində Sumqayıtda 989 nəfərdə bu xəstəlik aşkarlanıb.
Azərbaycanın 9 şəhər və rayonunda isə şiş xəstəliyi qeydə alınmayıb. Bu şəhər və rayonlar arasında Xankəndi şəhəri, Ağdam, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonları yer alıb. Naxçıvan şəhərində isə 739 nəfərdə şiş xəstəliyi aşkarlanıb.
Əhalinin hər 1000 nəfərinə düşən şiş xəstəliyinin sayına görə Naxçıvan şəhəri ilk sırda yer alır. Naxçıvanda əhalinin hər 1000 nəfərinə 76,3 xəstə düşüb. İkinci sırada Naftalan şəhəri qərarlaşıb. Naftalanda əhalinin hər 1000 nəfərinə72 xəstə düşür.
Şiş xəstəliyinin ən çox qeydı alındığı 10 şəhər və rayon bunlar olub:
Naxçıvan şəhəri –739 xəstə (əhalinin hər 1000 nəfərinə 76,3)
Naftalan şəhəri – 62 xəstə (əhalinin hər 1000 nəfərinə 72)
Yasamal rayonu – 979 xəstə (əhalinin hər 1000 nəfərinə 50,6)
Səbail rayonu – 431 xəstə (əhalinin hər 1000 nəfərinə 42,4)
Şuşa rayonu – 96 xəstə (əhalinin hər 1000 nəfərinə 38,4)
Nizami rayonu – 612 xəstə (əhalinin hər 1000 nəfərinə 33,1)
Xətai rayonu – 869 xəstə (əhalinin hər 1000 nəfərinə 31,5)
Mingəçevir şəhəri – 278 xəstə (əhalinin hər 1000 nəfərinə 27,1)
Binəqədi rayonu – 834 xəstə (əhalinin hər 1000 nəfərinə 27,1)
Qaradağ rayonu – 307 xəstə (əhalinin hər 1000 nəfərinə 26,4)

Şiş xəstəliyinin ən az qeydə alındığı rayon isə Xocalı olub. Bu rayonda əhalinin hər 1000 nəfərinə düşən şiş xəstəliyinin sayı 3,3 olub.  
Şiş xəstəliyinin ən az qeydə alındığı 10 şəhər və rayon bunlar olub:
Xocalı rayonu – 5 xəstə (əhalinin hər 1000 nəfərinə 3,3)
Zaqatala rayonu – 52 xəstə (əhalinin hər 1000 nəfərinə 4)
Qobustan rayonu – 20 xəstə (əhalinin hər 1000 nəfərinə 4,3)
Nərimanov rayonu – 79 xəstə (əhalinin hər 1000 nəfərinə 4,4)
Füzuli rayonu – 61 xəstə (əhalinin hər 1000 nəfərinə 4,7)
Goranboy rayonu – 56 xəstə (əhalinin hər 1000 nəfərinə 5,5)
Astara rayonu – 67 xəstə (əhalinin hər 1000 nəfərinə 6)
Lerik rayonu – 66 xəstə (əhalinin hər 1000 nəfərinə 7,7)
Xızı rayonu – 13 xəstə (əhalinin hər 1000 nəfərinə 7,8)
Ağcabədi rayonu – 107 xəstə (əhalinin hər 1000 nəfərinə 7,9)

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top