Tbilisidə Saakaşvilinin partiyasının ofisinə hücum oldu


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” partiyasının Tbilisidəki baş ofisinə hücum olub.
Yeniavaz.com
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə siyasi qüvvənin bəyanatında bildirilib.
Bəyanata görə, 100-ə yaxın naməlum şəxs ofisə hücum edərək, şüşələri sındırıb və avadanlıqları zədələyib.
“Vandal hücumu yarım saatdan çox davam edib. Hücumda 100-ə yaxın şəxs iştirak edib... Ofisin fasadı zədələnib, pəncərələri sındırılıb, partiyanın ləvazimatları zədələnib”, - deyə partiyanın sosial şəbəkədə dərc olunan bəyanatında qeyd edilib.
Hücumu müxalifət partiyasının lideri Levan Xabeişvili də təsdiq edib.
“100-ə yaxın şəxs Vahid Milli Hərəkatın mərkəzi ofisinə hücum edərək sözün əsl mənasında dağıdıb”, o qeyd edib.
Xabeişvili “Facebook” səhifəsində hücum edənlərin ofisə iri taxta çubuqlar və daşlar atdığını əks etdirən video da yayımlayıb.
Xabeişvili iddia edir ki, hücum edənlər ofisə girməyə cəhd ediblər, lakin buna nail ola bilməyiblər. O qeyd edib ki, hücum zamanı ofisdə özü və azyaşlı oğlu da daxil olmaqla ofis işçiləri olub.

DİGƏR XƏBƏRLƏR

Top