Xankəndidə silah-sursat aşkarlandı


Son bir həftə ərzində Xankəndi şəhəri ərazisində külli miqdarda silah-sursat aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, 25-31 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisində 41 avtomat, 6 tapança, 8 tüfəng, 45 qumbara, 5 mərmi, 60 alışdırıcı, 125 patron darağı, 16323 müxtəlif çaplı patron, 29 süngü-bıçaq, 4 rabitə vasitəsi və digər sursatlar aşkar edilib.
Xocalı və Xocavənd rayonları ərazisindən isə ümumilikdə 2 avtomat silahı, 57 qumbara, 9 mərmi, 22 alışdırıcı, 56 patron darağı, 9560 ədəd müxtəlif çaplı patron aşkar olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top