İranda prezidentliyə namizədlərin sayı 9-a çatdı


Cümə axşamı İranda keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün 9 namizəd rəsmi qeydiyyatdan keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, bu günə qədər prezident seçkilərində iştirak etmək üçün məclisin (parlamentin) keçmiş rəhbəri Əli Laricani, İran Mərkəzi Bankının keçmiş rəhbəri və 2021-ci ilin son seçkilərində yeganə islahatçı namizəd Abdulnəsir Həmmati, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, İran parlamentinin hazırkı iki üzvü Məhəmməd Sabaqian və Abbas Moğtadai, həmçinin dörd keçmiş parlamentar üzvü Mustafa Kavakbian, Güdrət Əli Haşimtian, Mahmud Əhmədi Biqaş və Məhəmməd Xoşçehre qeydiyyatdan keçib.
14-cü prezident seçkilərində namizədlərin qeydiyyatı mayın 30-da başlayıb. Qeydiyyat iyunun 3-dək davam edəcək və iyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədlərin ölkə prezidenti postunun tələblərinə uyğun olub-olmadığını müəyyən etmək üçün bir həftə ərzində namizədlərə baxacaq. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.
Qeyd edək ki, İranda klassik siyasi partiyalar yoxdur. Deputatlar şərti olaraq üç siyasi düşərgəyə bölünürlər: bəziləri mühafizəkar baxışları, bəziləri isə islahatçı mövqeləri müdafiə edir. Digərləri orta səviyyədədir.

DİGƏR XƏBƏRLƏR

Top