Bu gün Çempionlar Liqasının qalibi məlum olacaq


Bu gün UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulacaq.
Yeniavaz.com
xəbər verir ki, finalda Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gələcək.
İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bu, Çempionlar Liqası tarixində 69-cu final olacaq.
Matçı Sloveniyadan olan referi Slavko Vinçiç idarə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top