Moskva metrosunda fövqəladə vəziyyət – Xəsarət alanlar var


Moskvanın “Sokolniçeskaya” metro xəttində fövqəladə vəziyyət yaranıb.
Yeniavaz.com
xəbər verir ki, şəhər Nəqliyyat Departamentindən verilən məlumata görə, “Universitet” stansiyasından “Mədəniyyət parkı” istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb. Əks istiqamətdə qatarlar artan intervallarla hərəkət edir.
“Moskva” agentliyinin məlumatına görə, “Vorobyevı Qorı” və “Sportivnaya” stansiyaları arasında qatarda tüstülənmə baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, insanlar “Sportivnaya” stansiyasından çıxarılır, həmin hissədə vaqon yanır. Yanğının ikinci mərhələsi elan edilib.
Hadisə nəticəsində Moskva metrosunda xəsarət alanlar olub, insanlar qatardan təxliyə edilib.

DİGƏR XƏBƏRLƏR

Top