Bayden İsrailin təklif etdiyi razılaşmanın təfərrüatlarını açıqladı


“İsrail və HƏMAS hərəkatı arasında bağlanan razılaşmanın şərtləri altı həftəlik atəşkəs və Qəzza zolağının bütün məskunlaşmış ərazilərindən qoşunların çıxarılmasını nəzərdə tutur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evdə Yaxın Şərqdəki vəziyyətlə bağlı qısa çıxışı zamanı bildirib.
Baydenin sözlərinə görə, İsrailin yeni təklifləri Qətər nümayəndələri tərəfindən HƏMAS-a çatdırılıb və onlar gərginliyin həllinin üç mərhələsini əhatə edir:
“Birinci mərhələ tam atəşkəs, İsrail qoşunlarının Qəzzanın bütün məskunlaşmış bölgələrindən çıxarılması, qadınların, qocaların, yaralıların da daxil olduğu bir sıra girovların azad edilməsini və müqabilində yüzlərlə fələstinli məhbusun azad edilməsini əhatə edəcək”.
O qeyd edib ki, sövdələşmənin birinci mərhələsində Qəzza zolağına humanitar yardımın çatdırılması həcminin gündəlik 600 yük maşınının çatdırılması planlaşdırılır:
“Altı həftəlik atəşkəs zamanı İsrail və HƏMAS arasında razılaşmanın ikinci mərhələsinə keçmək üçün yerinə yetirilməli olan şərtləri müzakirə edəcəyi gözlənilir. Müzakirə altı həftədən çox davam edərsə, tərəflər razılığa gələnə qədər atəşkəs qüvvədə qalacaq. Razılaşmanın ikinci mərhələsi sağ qalan bütün girovların, o cümlədən kişi hərbçilərin azad edilməsini, İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını və HƏMAS-ın müddəalarına əməl etdiyi müddətcə qüvvədə qalacaq daimi atəşkəsi nəzərdə tutur. Razılaşmaların üçüncü mərhələsi Qəzza zolağının yenidən qurulmasını, həmçinin bütün ölü HƏMAS girovlarının qalıqlarının yaxınlarına təhvil verilməsini nəzərdə tutur”.

DİGƏR XƏBƏRLƏR

Top