“Fənərbağça” İsmail Kartalla yollarını ayırdı


Türkiyənin “Fənərbağça” futbol klubu baş məşqçi İsmail Kartalla yollarını ayırıb.
Yeniavaz.com
xəbər verir ki, klub bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Hər şey üçün təşəkkür edirik, İsmail Kartal!”, - paylaşımda deyilir.
Qeyd edək ki, daha öncə portuqaliyalı baş məşqçi Coze Mourinyonun İstanbul klubu ilə iki illik müqavilə imzaladığı barədə məlumat yayılıb.
Xatırladaq ki, Kartal ötən il 1 illik müqavilə ilə kluba keçib.
62 yaşlı mütəxəssis daha əvvəl 2014-15 və 2021-22 mövsümlərində “Fənərbağça”nı çalışdırıb və 2010-2014-cü illərdə baş məşqçinin köməkçisi olub.

DİGƏR XƏBƏRLƏR

Top