Polşada səfərbərlik olacaq?


Polşa dövlət xəbər agentliyi PAP-ın saytında iki dəfə iyulun 1-dən ölkədə səfərbərliyin başlayacağına dair xəbər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, agentlik və ölkə rəsmiləri məlumatı təkzib edib.
Məlumatda deyilir ki, Polşanın Baş naziri Donald Task 200 min ölkə vətəndaşının orduya çağırılmasını planlaşdıran səfərbərlik elan etmək qərarına gəlib. Səfərbər olunanların Ukraynadakı müharibəyə göndəriləcəyi qeyd edilib, orduya çağırılacaq vətəndaşların kateqoriyaları da sadalanıb.
PAP hadisənin səbəbini araşdırıldığını bildirib. Agentlik saxta xəbərik nəşrin əməkdaşları tərəfindən dərc edilmədiyini bildirib.
Ölkənin xüsusi xidmətlər üzrə koordinasiya nazirinin mətbuat katibi Yaçek Dobrzinski bildirib ki, saxta məlumat ehtimal ki, Rusiyanın kiberhücumudur.
Öz növbəsində Donald Task da haker hücumunu Rusiya ilə əlaqələndirib.
Rusiyanın Varşavadakı səfirliyi “Reuters” agentliyinə hadisə ilə bağlı heç nə bilmədiyini bildirib və əlavə şərh verməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top