“Tramp həbsdə olsa belə seçkilərdə iştirak edə biləcək” – “Fox”


“ABŞ-nin keçmiş lideri Donald Tramp maliyyə saxtakarlığı ilə bağlı bütün 34 maddə üzrə təqsirli bilinərək həbsxanaya düşsə belə, prezidentliyə namizədliyini irəli sürə biləcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bildirilir ki, Tramp hələ də prezidentliyə namizədliyini irəli sürə bilər, çünki Konstitusiya prezidentliyə namizədlərə kriminal faktlara görə məhdudiyyətlər qoymur.
Qeyd edək ki, mayın 30-da Nyu-Yorkda münsiflər heyəti Trampı keçmiş aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organisation”un maliyyə qeydlərini saxtalaşdırmaqda günahkar bilib. Respublikaçı bütün 34 maddə üzrə təqsirli bilinib. Hökm iyulun 11-nə təyin edilib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən ABŞ-nin hazırkı Prezidenti Co Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top