Sarkisyana bəraət verildi


Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və onunla birlikdə mühakimə olunan şəxslərə hökm oxunub.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, İrəvan Cinayət Məhkəməsi Serj Sarkisyana cinayət tərkibinin olmaması səbəbindən bəraət verib.
Gevorq Arutyunyan və biznesmen Barseq Beqlaryan da cinayət tərkibinin olmaması səbəbindən bəraət alıblar.
Serj Sarkisyan 2008-ci ildən etibarən 10 il müddətinə icra etdiyi prezidentliyi dövründə 489 milyon 160 min 310 dram məbləğində vəsaitin mənimsənilməsində ittiham olunurdu.

DİGƏR XƏBƏRLƏR

Top