Zelenski Rusiya ilə məhbus mübadiləsini təsdiqlədi


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə 75-75 düsturuna əsasən məhbus mübadiləsini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, nəticədə 75 ukraynalı məhbus ölkəyə qayıdıb. Bunlar Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyasının əsgərləri, həmçinin, sərhədçilər və 4 mülki şəxsdir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi də Ukrayna tərəfi ilə hərbi əsirlərin mübadiləsi barədə məlumat verib. Mübadilə nəticəsində 75 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazilərdən Rusiyaya qaytarılıb.

DİGƏR XƏBƏRLƏR

Top