Con Lennonun gitarası 2,9 milyon dollara satıldı


Məşhur “The Beatles” qrupunun üzvü Con Lennonun istifadə etdiyi gitara hərracda 2,9 milyon dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, bununla da hərracda ən baha qiymətə satılan gitara üzrə yeni dünya rekordu müəyyən edilib.
1965-ci ildə “The Beatles” qrupunun “Help!” albomunun yazılmasında istifadə olunan 12 simli akustik “Hootenanny” gitarası 50 ildən artıq “toxunulmaz” qalıb.
Alət şotlandiyalı gitaraçı, “Peter və Qordon” pop duetinin üzvü Qordon Uollerə məxsus olub və musiqiçi sonradan onu qrupun menecerlərinə verib.
Onilliklər sonra Britaniyanın bir kəndində yaşayan gitaranın yeni sahibləri onu evin çardağında “kəşf ediblər” və 485 min funt sterlinqdən başlayaraq, hərraca çıxarıblar.
Gitara “Julien's Auctions” hərrac evinin musiqi ikonlarının iki günlük satışı çərçivəsində çərşənbə günü Nyu Yorkdakı “Hard Rock Cafe”dən telefonla alınıb.
Gitara “Help!” albomu ilə yanaşı, “It's Only Love”, “I've Seen a Face” və "Girl" albomlarının yazılmasında istifadə olunub.
Qeyd edək ki, gitara 1960-cı illərin əvvəllərində Bavariyanın “Framus” şirkəti tərəfindən hazırlanıb.
Xatırladaq ki, “Julien's Auctions” hərrac evi Con Lennona aid daha bir gitaranı - “J-160E Gibson” akustik gitarasını 2015-ci ildə 2,4 milyon dollara satıb.

Con Lennon

DİGƏR XƏBƏRLƏR

Top