Bu ilin ilk rübü ərzində Azərbaycandan xarici ölkələrə 0,49 ton təbii bal ixrac olunub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, ixrac olunan təbii balın 1 kiloqramının orta gömrük dəyəri təxminən 35 manat (20,8 dollar) olub.
Qeyd edək ki, təbii bal 2 ölkəyə – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə ixrac edilib. Bu ilin ilk 3 ayı ərzində BƏƏ-yə 210 kiloqram, Qətərə isə 190 kiloqram təbii bal göndərilib. Ölkədən çıxan 80 kiloqram təbii balın isə hansı ölkəyə aparıldığı məlum deyil.
Onu da qeyd edək ki, BƏƏ-yə ixrac olunan balın 1 kiloqramının orta gömrük dəyəri 58,4 manat (34,3 dollar), Qətərə ixrac olunan balın 1 kiloqramının orta gömrük dəyəri isə 8,3 manat (4,9 dollar) olub. Bilinməyən ölkəyə ixrac olunan 80 kiloqram təbii balın 1 kiloqramının orta gömrük dəyəri 43,3 manat (25,5 dollar) təşkil edib.
Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycandan Qətərə 360 kilqoram bal ixrac edilib və 1 kiloqramının orta gömrük dəyəri 28 manat (16,4 dollar) olub.
Elnur Əli