Qəzzada ölü və yaralıların ümumi sayı 115 minə çatır


Ötən ilin oktyabr ayının əvvəlindən İsrail qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 35,3 mindən çox fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 35 min 303, yaralananların sayı isə 79 min 261 nəfərə çatıb”, - nazirlik bildirib.
Qeyd olunub ki, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini bombalaması və atəşə tutması nəticəsində 31 fələstinli həlak olub, 56 fələstinli isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top