“Fənərbağça” və “Beşiktaş” “Qarabağ”ın futbolçusunu istəyir – KİV


Türkiyə Superliqasının nəhəngləri “Fənərbağça” və “Beşiktaş” Azərbaycan çempionu “Qarabağ”ın portuqaliyalı cinah yarımmüdafiəçisi Leandro Andradeni transfer etmək istəyirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.
Bildirilir ki, yarımmüdafiəçinin agenti və “Qarabağ” həm “Fənərbağça”, həm də “Beşiktaş” rəsmilərindən “cazibədar rəqəmlərlə” təkliflər alıb. Qeyd olunur ki, “Qarabağ” futbolçunun klub üçün əhəmiyyətini nəzərə alaraq hazırda dörd milyon avro olan sərbəst buraxılma müddəasına işarə edib.
Qeyd olunur ki, Rusiyadan da üç klub yarımmüdafiəçinin agenti ilə əlaqə saxlayıb, mümkün transfer şərtlərini öyrənib.
Qeyd edək ki, “Qarabağ”la 2027-ci ilin iyun ayına qədər müqaviləsi olan Leandro Andrade bu mövsüm 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubun çempionluğunda, həmçinin Avropa Liqasındakı uğurunda rolu xüsusi qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top