Qeyri-neft məhsullarının adambaşına düşən ixracı 106 dollardan 82 dollara düşdü


Bu ilin ilk 4 ayı ərzində Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı 839,5 milyon dollar olub.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı 239 milyon dollar və ya 22% azalıb.
Qeyd edək ki, ötən ilin aprel ayının 1-də ölkə əhalisinin sayı 10 milyon 138 min 585 nəfər, bu ilin aprel ayının 1-də isə 10 milyon 189 min 786 nəfər olub.
Açıqlanan rəsmi rəqəmlərə istinadən apardığımız hesablama göstərir ki, Azərbaycan mənşəli qeyri-neft məhsullarının adambaşına düşən ixracı ötən ilin aprel ayında 106,4 dollar, bu ilin aprel ayında isə 82,4 dollar olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top