Xaricə satdığımız təbii qazın qiyməti 2,3 dəfə ucuzalaşıb


Bu ilin ilk 4 ayında Azərbaycan xarici ölkələrə 7 milyard 706 milyon 861 min kubmetr təbii qaz satıb.
Yeniavaz.com
xəbər verir ki, xaricə satılan təbii qazın statistik dəyəri 2 milyard 759 milyon dollar olub.
Açıqlanan rəsmi məlumatlar onu göstərir ki, xaricə satılan 1000 kub metr təbii qazın orta gömrük dəyəri 358 dollar olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə xaricə satılan 1000 kub metr təbii qazın orta gömrük dəyəri builkindən 2,3 dəfə çox – 832 dollar olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top