İspaniya La Liqasının 36-cı turunda “Real Madrid” doğma meydanında “Alaves”lə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, görüş “Kral klubu”nun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinə qələbə qazandıran qolları Bellinqhem, Vinisius Jr. (2), Fede Valverde və Arda Gülər vurub.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Türkiyə millisinin 19 yaşlı ulduzu Arda Gülər 62-ci dəqiqədə oyuna daxil olub və 81-ci dəqiqədə həlledici qolu vurub.
Zədəsi səbəbindən uzun müddət formadan uzaq qalan Gülər La Liqada keçirdiyi 9 matçda dördüncü dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, La Liqada çempionluğu dəqiqləşdirən “Real Madrid” bu nəticə ilə xalını 93-ə yüksəldib. “Alaves” isə 42 xalda qalıb.