Dövlət sektorunda işləyən 4,3 min nəfər öz işini itirib – Rəsmi


Bu ilin aprelin 1-nə olan sonuncu rəsmi məlumata görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 748,9 min nəfər olub.
Yeniavaz.com
xəbər verir ki, muzdla çalışan işçilərin 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət sektorunda işləyənlərin sayı 4,3 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 16,9 min nəfər artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top