Ermənistanda etirazlar davam edir – Paytaxtda küçələr bağlanır


Ermənistanda müxalifətin çağırışı ilə etirazçılar səhər tezdən Yerevanın mərkəzini mühasirəyə almağa çalışır.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, polis həbslərə başlayıb.
News.am yazır ki, bu gün səhər saatlarından etibarən Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın çağırışı ilə İrəvanın küçələri yenidən bağlanıb. O, tələbələri tətilə və dinc itaətsizlik aksiyalarına dəvət edib.
Qeyd edək ki, dünən səhər saatlarından etirazçılar həm paytaxtda, həm də reginlarda bir sıra magistral yolları bağlayıblar. İtaətsizlik aksiyaları zamanı 156 nəfər polis tərəfindən saxlanılıb, onların zorakılığa məruz qaldığı deyilir. Saxlanılanlar gün ərzində sərbəst buraxılıblar.

DİGƏR XƏBƏRLƏR

Top