Baba Rzayevin qohumlarına məxsus şirkət cərimələndi


Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Zirə Gülçülük” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com
xəbər verir ki, “Zirə Gülçülük” QSC barəsində tərtib olunan protokola Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyilə may ayının 21-də saat 11:10-da baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
 Məlumat üçün qeyd edək ki, “Zirə Gülçülük” QSC “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayevlə qohumluq əlaqələri olan şəxslərə məxsusdur. “Zirə Gülçülük” şirkətinin qeydiyyatda olduğu ünvanda “Zirə Aqropark” MMC (VÖEN – 1503134451) adlı şirkət də qeydiyyatdadır. “Zirə Aqropark” MMC-nin bir il əvvələ qədər qanuni təmsilçisi olan Soltanov Ayaz Üzeyir oğlu eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. “FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir. Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN - 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
Bundan başqa “Zirə Gülçülük” QSC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top