2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ən azı 34 min 735 nəfər ölüb, 78 min 108 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, son 24 saat ərzində 52 nəfər münaqişənin qurbanı olub, daha 90 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq sektorun tibb müəssisələrinə yerləşdirilib.
Səhiyyə Nazirliyi təqdim olunan məlumatların qeyri-dəqiq ola biləcəyini istisna etmir, çünki bir çox ölənlərin cəsədləri hələ də dağılmış binaların dağıntıları altında qalır.