Rusiyada ən çox satılan minik avtomobillərinin adları açıqlandı


Bu ilin aprel ayında Rusiyada 137 min yeni minik avtomobili satılıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,2% çoxdur.
Yeniavaz.com
“Forbes” nəşrinə istinadən xəbər verir ki, bu ilin ilk 4 ayında isə 468 min avtomobil satılıb.
Məlumatda bildirilir ki, satış lideri bazarın 30%-dən çoxunu təşkil edən “Lada” avtomobilləri olub. Apreldə 42 min 270 ədəd “Lada” avtomobili satılıb və ötən ilin eyni dövrü ilə müqayisədə 67,2% artıb.  Xarici avtomobillər arasında lider “Haval” (14 min 586) olub, onun satışları isə 2 dəfədən çox artıb (+113,6%). Ən populyar avtomobillərin ilk beşliyinə Çinin “Chery” (12 min 867 ədəd, +38,9%), “Geely” (11 min 479 ədəd,  +61,5%) və “Changan” (8 min 437 ədəd, +466,6%) markaları daxildir.
İlk onluğa Belarus-Çin birgə istehsalı olan “Belgee” brendinin avtomobilləri də daxil edilib (3 min 5 yüz ədəd). Aprel ayında Rusiyada Yaponiya, Koreya və ya Avropa avtomobillərinin satışı qeydə alınmayıb.
Model reytinqində “Lada Granta” avtomobilləri birinci yeri tutub. Apreldə 19 min 421 ədəd “Lada Granta” satılıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 5,9% çoxdur.
Martda Rusiyada ikinci əl avtomobillərin satışı fevral ayı ilə müqayisədə 25,7% artıb. İllik ifadədə satışlar 0,9% artıb. Brendlər arasında yerli “Lada”avtomobili liderliyini qoruyub. Mart ayında ruslar Rusiya istehsalı olan 123,1 min avtomobil alıb. İkinci ən çox satılan avtomobil isə Yaponiyanın “Toyota” (51 min 900 avtomobil alınıb) markası olub. İlk 5-liyə həmçinin Koreyanın “Kia” (29 min 400) və “Hyundai” (28 min), həmçinin Yaponiyanın “Nissan” (23 min 700) markaları daxildir. Mart ayında ümumilikdə 502 min ikinci əl avtomobil satılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top