Xankəndidə bir həftədə 33 avtomat, 1 pulemyot, 10 tapança aşkarlandı


Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanaraq zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində aprelin 27-dən mayın 3-dək polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 33 avtomat, 1 pulemyot, 10 tapança, 14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 müxtəlif çaplı patron, 1 qutu trotil, 27 süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top