Netanyahunun kortejinə hücum cəhdi – Saxlanılan var


Təl-Əvivdə polis İsrailin Baş naziri Benyamin Netanyahunun kortejinə hücum cəhdi etməkdə şübhəli bilinən bir şəxsi saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxs nəqliyyatın hərəkətinə mane olub. Hadisə Təl-Əvivin mərkəzindəki Dizengof küçəsində baş verib.
Şübhəli 58 yaşlı kişi dindirilməyə göndərilib. Onun şəxsiyyəti ilə bağlı təfərrüatlar verilmir.

DİGƏR XƏBƏRLƏR

Top