Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi


“Reges Alçı-Zavod” MMC (VÖEN - 0201402321) ləğv olunaraq “Reges Sement” MMC-yə (VÖEN – 0900110221) qoşulduğunu elan edib.
Yeniavaz.com 
xəbər verir ki, hər iki şirkətin hüquqi ünvanı Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Böyük Düz kəndində yerləşir.
Ləğv olunan “Reges Alçı-Zavod” MMC 27.02.2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 919 min 623 manat 37 qəpik olan MMC-nin qanuni təmsilçisi Süleymanov Rafiq Rəhim oğludur.
“Reges Sement” MMC isə 12.04.2013-cü ildə təsis olunub. Nizamnamə kapitalı 37 milyon 271 min 662 manat olan MMC-nin qanuni təmsilçisi Kərimov Kamal Əmir oğludur.
Qeyd edək ki, hazırda Naxçıvanda “Reges” adlı bir neçə şirkət fəaliyyət göstərir.
Xəbəri rus dilində oxuyun: 16-млн компания, связанная с Талыбовами, распущена и объединена в 37-млн компанию

Onu da bildirək ki, bu şirkətlərin qeydiyyatda olduğu ünvanlarda vaxtı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”ə bağlı şirkətlər qeydiyyatda olub.

Talıbovlara bağlı onlarla şirkət ləğv olundu – Siyahı

Naxçıvanda bu dəfə 10 şirkət birləşdi – Talıbovlarla bağlılığı var

Son 20 gündə “Gəmiqaya”ya bağlı 16 şirkət yaranıb – Böyük kapitalları var

Naxçıvanda böyük kapitalla onlarla şirkət yaradılıb – Talıbovla bağlılığı var

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top