Yazıçı Pol Oster vəfat etdi


Amerikalı yazıçı və tərcüməçi Pol Oster 78 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, yazıçı mayın 30-da axşam Bruklindəki evində dünyasını dəyişib. Ölümün səbəbi ağciyər xərçəngindən yaranan ağırlaşmalar olub.
Pol Oster “Nyu York trilogiyası” (1987) ilə dünya şöhrəti qazanıb. “Leviafan” (1992) romanına görə o, Fransanın “Medici” ədəbi mükafatına layiq görülüb. Oster 1995-ci ildə Berlin Film Festivalında “Gümüş Ayı” mükafatını alan “Duman” (1994) filmində ssenarist kimi iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top