Bu ilin ilk rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 23 bank arasında ən çox istehlak krediti verən bank “Kapital Bank” ASC olub.
Yeniavaz.com xəbər verir ki, 1 aprel 2024-cü il tarixinə “Kapital Bank” tərəfindən verilən istehlak kreditlərinin həcmi 2 milyard 421,6 milyon manat olub.
“Kapital Bank” tərəfindən verilən istehlak kreditlərinin həcmi bu ilin ilk rübü ərzində 2,9% artıb.
İkinci sırada 1 milyard 489,8 milyon manat ilə “Beynəlxalq Bank” ASC (ABB) yer alıb. Dövlət bankı olan ABB-nin istehlak kreditləri son 3 ayda 8,7% artıb.
Ən az istehlak krediti ayıran bank “Naxçıvanbank” olub. Bu bankın istehlak kreditlərinin həcmi cəmi 0,8 milyon manat olub.
Son 3 ayda istehlak kreditlərinin həcmini ən çox artıran bank isə “Ziraat Bank Azərbaycan” olub. Bu bankın istehlak kreditləri bu ilin ilk 3 ayında 2 dəfədən çox artaraq 5,5 milyon manata yüksəlib.
İstehlak kreditləri ən çox azalan bank isə “Naxçıvanbank” olub. “Naxçıvanbank”ın istehlak kreditləri bu ilin ilk rübündə 86,9% azalıb və 6 milyon manatdan 0,8 milyon manata düşüb.
Aşağıdakı cədvəldə bankların istehlak kreditlərinin həcmi və artım dinamikası göstərilib:
Elnur Əli