Ermənilər Qazaxın 4 kəndinə gedən yolu bağladılar – Video


Ermənistan 1992-ci ildən işğal altında saxladığı Qazax rayonunun 4 kəndini Azərbaycana geri qaytarmağa razılıq verdikdən sonra bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sərhədə gedərək minaları təmizləmək istəyiblər.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, hazırda işğal altında olan Aşağı Əskipara kəndində məskunlaşan ermənilər yolu bağlayaraq təhlükəsizlik xidmətinin əməkdaşlarını əraziyə buraxmırlar.
Qeyd edək ki, aprelin 19-da Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası məsələləri üzrə komissiyanın iclasından sonra bildirilib ki, Ermənistan Qazax rayonunun 4 kəndini - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərini geri qaytarmağa razıdır.

DİGƏR XƏBƏRLƏR

Top