“Biz Ermənistanı hələ də müttəfiq hesab edirik” – Lavrov


“Rusiya Ermənistanı hüquqi müttəfiqi hesab edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin yerli media orqanlarına müsahibəsində deyib.
Diplomatın sözlərinə görə, Ermənistan və Rusiya təkcə hüquqi müttəfiqlər deyil:
“Ermənistanda Moskvanın ölkənin təhlükəsizliyi və iqtisadi inkişafı üçün əhəmiyyətini anlayanlar var. Rusiya hər zaman döyüş və hərbi toqquşmalardan çox danışıqlar yoluna üstünlük verir, bunu Prezident Vladimir Putin həmişə xatırladır”.
Qeyd edək ki, daha əvvəl Mariya Zaxarova bildirmişdi ki, dünyanın gözü qarşısında Ermənistan Qərbin ideyalarını həyata keçirmək üçün alətə çevrilir.

DİGƏR XƏBƏRLƏR

Top