Tacikistan hökuməti aprelin 20-dən Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Xovar” dövlət agentliyi Tacikistan Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, tədbir qarşılıqlılıq prinsipinin həyata keçirilməsi məqsədilə həyata keçirilib.
Xatırladaq ki, daha əvvəl Türkiyə hökuməti adi xarici pasportlara malik olan Tacikistan vətəndaşları üçün viza rejimi tətbiq etmək qərarına gəlib.