![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/4/11/1/158695a2-6797-451f-a2c3-b0ebb5efcd64/ermenistan-hindistan.jpg)
Hindistan 10 yeni ölkəyə hərbi attaşe göndərir.
Yeniavaz.com xəbər verir ki, bu barədə PTI mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, hərbi nümayəndə ilk dəfə olaraq Ermənistanda təyin olunacaq:
“Dehli 15-16 hərbi attaşe göndərir - onlardan bəziləri ilk dəfə Hindistan hərbi nümayəndələrini qəbul edəcək, bəziləri mövcud aparatı yeniləyəcək və ya gücləndirəcək. Əsas diqqət Hindistanın hərbi-texniki əməkdaşlığı inkişaf etdirdiyi dövlətlərə verilir”.
Xüsusilə, ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin edilib və Hindistan artıq bu ölkə ilə “Pinaka” buraxılış sistemlərinin, “Akaş” zenit-raket kompleksinin və digər silahların tədarükünə dair razılığa gəlib”.
Qeyd edilir ki, Cibuti, Kot-d'İvuar, Mozambik, Polşa, Tanzaniya, Filippin və Efiopiyaya da yeni hərbi nümayəndələr göndəriləcək.