Tailand Cənub-Şərqi Asiya ölkələrini regionda Şengen zonasının analoqunu yaratmağa dəvət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə hakimiyyətinə istinadla “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Tailandın baş naziri Sretta Tavisin Vyetnam, Kamboca, Laos, Malayziya və Myanmadan olan həmkarları ilə söhbətlərində belə bir təşəbbüsdən danışıb. Tailand Nazirlər Kabinetinin rəhbərinin həmsöhbətləri onun təklifinə müsbət reaksiya veriblər.
“Bloomberg” yazır ki, bu ölkələr 2023-cü ildə təxminən 70 milyon turist qəbul edib. Ona görə də, birgə viza proqramı onlara altı ölkənin kurortları arasında sərbəst hərəkət edə biləcək daha çox turist cəlb etməyə, həmçinin, turizm gəlirlərini artırmağa imkan verə bilər.