“ABŞ Rusiyaya qarşı elan olunmamış müharibəyə milyardlar xərcləyir” – Karlson


“ABŞ Prezidenti Co Bayden administrasiyası Moskvaya qarşı elan olunmamış müharibəyə yüz milyardlarla dollar xərcləyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalist Taker Karlson “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Bayden prezident olandan bəri ABŞ hökuməti Rusiyaya qarşı elan olunmamış müharibə aparmaq üçün yüz milyardlarla dollar xərcləyir. Ancaq bütün bu müddət ərzində heç kim bu müharibənin məqsədini izah etmir”, - Karlson qeyd edib.
Qeyd edək ki, bundan əvvəl amerikalı iqtisadçı Ceffri Saks bildirib ki, Ukraynadakı münaqişə hələ 2014-cü ildə ABŞ Dövlət Departamentinin hazırkı rəhbəri Antoni Blinken, ABŞ Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, dövlət katibinin müavini Viktoriya Nuland və Co Bayden tərəfindən başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top