“Aİ-dən İsrailin konsulluğa hücumu ilə bağlı qətiyyətli addımlar gözləyirik” – İran XİN


“İran ölkənin Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailin zərbə endirməsi ilə bağlı Avropa İttifaqından (Aİ) real və təcili tədbir gözləyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə telefon danışığında deyib.
“Aİ-dən bu cinayətin kəskin şəkildə pislənməsini, həmçinin bununla bağlı real və təcili tədbirlər görməsini gözləyirik”, - məlumatda deyilir.
Abdullahian, həmçinin İsraili dəstəkləyən ABŞ-ni bölgədə gərginliyin artmasına görə cavabdeh hesab edib.
Qeyd edək ki, aprelin 1-də SANA agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdə bir evə zərbələr endirdiyini xəbər verib. Daha sonra İran mediası Suriya paytaxtının qərbində Mezze prospektində yerləşən İran konsulluğunun binasının atəşə tutulduğunu bildirib. İranın Ərəb Respublikasındakı səfiri Hüseyn Əkbərinin sözlərinə görə, hücumda 11 nəfər həlak olub. Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu isə (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi də daxil olmaqla, yeddi hərbi məsləhətçi və beş zabitin həlak olması barədə məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani Tehranın qarşı tərəfi necə cəzalandıracağına qərar verəcəyini bəyan edib.
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi isə brifinqdə İsrail hərbçilərinin Dəməşqə zərbə endirməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top