“Türkiyə ilin ikinci yarısından etibarən inflyasiya ilə mübarizəni sürətləndirəcək”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın ortamüddətli inkişaf proqramı çərçivəsində inflyasiyaya son qoymaq əzmində olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, hüquq-mühafizə orqanlarının nümayəndələri ilə Ankaradakı prezident sarayında keçirilən iftar süfrəsində danışıb.
O, ilin ikinci yarısında inflyasiyanın azaldılması planlarını təsdiqləyib:
“Biz iqtisadi sahədə yol xəritəsi olan orta müddətli proqramımızı və 12-ci iqtisadi inkişaf planını həyata keçirmək əzmindəyik. Ümid edirəm ki, ilin ikinci yarısında inflyasiyanın azalmasının şahidi olacağıq”.
Qeyd edək ki, inflyasiyanın azaldılması planları çərşənbə günü Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçirilən İqtisadi Koordinasiya Şurasının iclasından sonra açıqlanıb. Milli Statistika İnstitutunun mart ayında Türkiyədə inflyasiya məlumatlarını açıqlamasından sonra şura toplanıb. Fevraldakı 67,07% ilə müqayisədə 3,16% artaraq 68,5% təşkil edib. 2023-cü ilin sonunda Türkiyədə inflyasiya rəsmi olaraq 64,77% təşkil edib. Türkiyə Mərkəzi Bankı 2024-cü ilin sonuna inflyasiyanın 36%-ə qədər azalacağını proqnozlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top